"Boko Haram" ox və nizə ilə döyüşəcək
Bizi izləyin

Dünya

"Boko Haram" ox və nizə ilə döyüşəcək

Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən “Boko Haram” terror təşkilatının əlindəki silah və sursat tükənmək üzrədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kris Olukolade bildirib.

Onun sözlərinə görə, “Boko Haram” terrorçuları yay və ox kimi qədim silahlardan istifadə etməyə başlayıb. “Beş yüz terrorçudan yalnız bir neçəsində tüfəng var. Tüfəngi olanların isə gülləsi qurtarıb”, - nazir deyib.

Nigeriya ordusunun apardığı əməliyyatlar nəticəsində terrorçuların Sambisa meşəsinə çəkildiyini bildirən nazir təşkilatın qısa müddətdə məhv ediləcəyini söyləyib. Nigeriya ordusu bir müddət əvvəl Adamava, Borno və Loba vilayətlərinə nəzarətin tamamilə təmin edildiyini açıqlayıb.

Qeyd edək ki, “Boko Haram” Nigeriyanın şimalında 2002-ci ildə qurulub. Lideri Məhəmməd Yusufun 2009-cu ildə həbsxanada ölməsindən sonra təşkilatın başladığı hücumlarda minlərlə adam həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm