Zəlzələ qurbanlarının sayı artır - DƏHŞƏTLİ FOTOLAR
Bizi izləyin

Dünya

Zəlzələ qurbanlarının sayı artır - DƏHŞƏTLİ FOTOLAR

Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfəri keçib.. Azı 1700 nəfər xəsarət alıb.

Publika.az-ın məlumatına görə, yerli mətbuat təbii fəlakət qurbanlarının sayının durmadan artıdığı barədə xəbərlər verir.

Qeyd edək ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin afterşokları Hindistanın paytaxtı Nyu-Dehli şəhərində, həmçinin ölkənin bəzi şərq və şimal-şərq ştatlarında da hiss olunub.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm