Qəribə adət - Yas mərasimlərinə striptizçi qızlar çağırılır
Bizi izləyin

Dünya

Qəribə adət - Yas mərasimlərinə striptizçi qızlar çağırılır

Çində qəribə adət var, yas mərasiminə ekzotik rəqqasələr, striptiz göstərən qızlar dəvət edilir.

Publika.az xəbər verir ki, Çində mərhumun xatirəsinə göstərilən hörmət yasa gələnlərin sayı ilə ölçülür. Bu səbəbdən bəzi yerlərdə əlavə qonaq cəlb etmək üçün rəqqasələrə müraciət edilir.

Çin hakimiyyəti artıq bu adətə son qoymaq niyyətində olduğunu bildirib. Ölkənin Mədəniyyət Nazirliyinin rəsmi bəyanatında əxlaqsız rəqslərin mərasimlərdə yer alması pislənir. Nazirlik adəti kökündən kəsmək üçün polislə yaxından işləyəcəyini bəyan edir.

Ədəbdən kənar rəqslərin Hebey və Szyansu vilayətində yer alan mərasimlərdə çoxluq təşkil etdiyi bildirilir. Hər iki yerdə təşkilatçılarla ifaçılar cəzalandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm