Ərdoğanla Kiprin yeni lideri arasında gərginlik
Bizi izləyin

Dünya

Ərdoğanla Kiprin yeni lideri arasında gərginlik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni lideri Mustafa Akınçının münasibətlərində gərginlik yaranıb. Buna səbəb isə Akıncının açıqlamaları olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Küveyt səfəri öncəsi ŞKTC-nin yeni prezidentinin Türkiyə ilə bağlı açıqlamalarını şərh edib.

Qeyd edək ki, Mustafa Akıncı Türkiyə və ŞKTC arasında “ana-bala vətən anlayışının bir kənara qoyulmasının və qardaşlıq əlaqəsinin qurulmalı olduğunu deyib.

Ərdoğan isə cavabında iki ölkə arasında yavru vətən - ana vətən münasibətlərinin bundan sonra da davam edəcəyini bildirib: “Dəyərli Akıncının ağzından çıxanlarını qulağı eşitməlidir. Türkiyə Şimali Kipr üçün çox şey ödəyib və bundan sonra da ödəməkdə davam edəcək. Hazırda bizim Şimali Kiprə etdiyimiz illik yardımlar bir milyard dollar ətrafındadır. Türkiyənin Şimal Kiprə baxışı yavru vətəndir və belə də davam edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm