“Verəcəyimiz cəza ABŞ-ın yox olması ilə nəticələnəcək”
Bizi izləyin

Dünya

“Verəcəyimiz cəza ABŞ-ın yox olması ilə nəticələnəcək”

Şimali Koreya növbəti dəfə ABŞ-ı nüvə silahı ilə təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın rəsmi qəzeti “Rodon Shinmun” bu gün dərc etdiyi bir məqaləsində yalnız Cənubi Koreyaya deyil, ABŞ-a da nüvə silahı ilə hücum edə biləcəklərini bildirib.

“Liderimiz Kim Jong ABŞ-ı öz torpağında məğlub etməkdə qərarlıdır. Verəcəyimiz cəza ABŞ-ın yox olması ilə nəticələnəcək”, - məqalədə deyilir.

ABŞ səlahiyyətliləri Şimali Koreyanın ən az 5500 kilometr uçuş məsafəsi olan, yəni Alyaska ştatına qədər nüvə başlığı daşıya biləcək raketlərin olduğunu ifadə edir. Ancaq bu raketlərin hələ sınaqdan keçirilmədiyi və onlardan istifadə ehtimalının da çox aşağı olduğu bildirilir. Bununla belə ABŞ-ın Cənubi Koreyadakı hərbi güclərinin komandiri Kurtis Skaparotti bu ayın ortalarında kommunist ölkənin nüvə başlıqlı ballistik raket ata biləcək gücdə olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm