ABŞ-dan xəbərdarlıq: “Əsəd hər an çökə bilər”
Bizi izləyin

Dünya

ABŞ-dan xəbərdarlıq: “Əsəd hər an çökə bilər”

Suriyanın Bəşər Əsəd hakimiyyəti son 4 ilin ən zəif dövrünü yaşayır. Ölkənin qərbində yerləşən strateji əhəmiyyətli Cisr əl-Şuğur şəhərinin itirilməsi isə rejimin son vaxtlar aldığı ən böyük zərbə kimi qiymətləndirilir.

Publika.az “Vaşinqton Post” nəşrinə istinadən xəbər verir ki, müxalifətin son həftələr qazandığı gözlənilməz uğurlar Bəşər Əsəd rejiminin gələcəyini şübhə altına qoyub.

Müxalifətin son həftələrdə çətinlik çəkmədən bəzi strateji nöqtələri, xüsusilə Cisr əl-Şuğur şəhərini ələ keçirməsi rejimin şimal bölgələri ilə əlaqəsini tamamilə itirməsinə gətirib çıxarıb. Suriyadakı son prosesləri şərh edən “Vaşinqton Post” Bəşər Əsədin 4 illik vətəndaş müharibəsi dövründə heç olmadığı qədər zəiflədiyini yazıb.

Qəzetə danışan səudiyyəli analitik Camal Kaşukci müxalifətin hazırda güclü bir oyunçu olduğunu bildirib. ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Ford isə Əsəd rejiminin daxilində parçalanmanın baş verdiyini vurğulayıb. O, İranın dəstəyinə baxmayaraq, rejimin digər bölgələrə də nəzarətini itirmək üzrə olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm