Baltimor hadisələrində polisə daş atan gənci anası döydü - VİDEO
Bizi izləyin

Dünya

Baltimor hadisələrində polisə daş atan gənci anası döydü - VİDEO

ABŞ Baltimor (Merilend ştatı) şəhərinin sakini nümayişdə polisə daş atdığı üçün oğlunu döyüb.

Publika.az xəbər verir ki, bu barədə ABC News telekanalı bildirib.

Qadın televizora baxarkən oğlunun polislərə daş atdığını görüb. Bundan sonra o, küçədə oğlunu taparaq onu döyüb.

Sosial şəbəkələrdə yayılan görüntülər böyük reaksiya doğurub. Bir çoxları bildiriblər ki, amerikalı qadın “ilin anası” adına layiq görülməlidir. Şəhər polisinin komissarı Antoni Batts hadisəni şərh edərək qeyd edib ki, bütün valideynlərı onun kimi öz uşaqlarını nəzarət altına almağa çağırır.

Xatırladaq ki, nümayişlər aprel ayında həbs olunan 25 yaşlı Fredi Qreyin ölümü ilə bağlıdır. Polis qaradərili amerikalını narkotik ticarətinə görə həbs edib. Həbsxanada vəhşicəsinə döyülən şəxs xəstəxanada dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm