Kral uşaq qətlini qanuniləşdirdi
Bizi izləyin

Dünya

Kral uşaq qətlini qanuniləşdirdi

Belçika kralı Filipp ölkədə yenilik yaşına çatmamış vətəndaşların evtanaziyasına icazə verən qanunu imzalayıb.


Milli.Az Le Soir-a istinadən bildirir ki, katoliklərin "Citizen Go" hərəkatının həkimlərin yardımı ilə uşaqların həyatla könüllü vidalaşmasının leqallaşmasına qarşı çıxmaları da onu dayandırmayıb.

Avropa Birliyinə daxil olan ölkələrin təqribən 200 min vətəndaşı kral Filippə ünvanlanmış bu bəyanatı imzalamışdı.


La Libre bildirir ki, yeni qanuna görə, Belçikada uşağın evtanaziyasına valideynlər razılaşmalıdırlar. Bundan başqa, pasiyentin həyatla vidalaşmaq qərarını könüllü və şüurlu şəkildə qəbul etmək üçün yetərli yaşa çatdığını psixoloq təsdiqləməlidir.


Və ən nəhayət, tibbi konsilium uşağın sağalmaz xəstə olduğunu, onun fiziki və psixoloji əzablarına son qoymağın mümkünsüzlüyünü təsdiqləməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm