Ukraynadakı meşə yanğını lokallaşdırılıb - VİDEO
Bizi izləyin

Dünya

Ukraynadakı meşə yanğını lokallaşdırılıb - VİDEO

Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası yaxınlığındakı meşə yanğınları lokallaşdırılıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, yanğın baş verən ərazi tamamilə mühasirəyə alınıb.

Dünən günorta saatlarında başlayan yanğın güclü küləyin təsiri ilə geniş əraziyə yayılıb. Təxminən 400 hektar meşə sahəsinin zərər çəkdiyi bildirilir. Ekspertlər xəbərdarlıq edirlər ki, böyük miqdarda təhlükəli izotop indiyə qədər Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı meşə ərazisində qalıb.

Ukraynanın baş naziri Arseniy Yasenyuk yanğının söndürülməsi üçün üç təyyarə, bir vertolyot və böyük miqdarda digər texnikanın işlədiyini bildirib. Əraziyə həmçinin Daxili İşlər Nazirliyinin xüsusi bölmələri göndərilib.

Ukraynanın daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, yanğın stansiyanın 20, radioaktiv tullantıların basdırıldığı yerdən isə 5 kilometr uzaqlıqdadır. Bununla belə, o, narahatlığa əsas olmadığını deyib.

Ukrayna hakimiyyəti yanğının qəsdən törədildiyini ehtimal edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm