NATO generalı: “Putin hər cür imkanlardan istifadə edir”
Bizi izləyin

Dünya

NATO generalı: “Putin hər cür imkanlardan istifadə edir”

“Rusiya ordusunu modernizasiyadan keçirir və hərbi gücünü neo-imperiya məqsədləri üçün son çıxış yolu kimi yox, bəlkə də əsas vasitə olaraq görür”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO-nun birləşmiş silahlı qüvvələrinin baş komandanı, amerikalı general Filip Bredlov çıxış edib. O, ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsində çıxışı zamanı Ukraynaya silah verilməsi fikrini dəstəklədiyini bildirib:

“Rusiya ordusunu modernizasiyadan keçirir və hərbi gücünü neo-imperiya məqsədləri üçün son çıxış yolu kimi yox, bəlkə də əsas vasitə olaraq görür. Putin və ordusu hərbi variantlar da daxil olmaqla hər cür imkanlardan istifadə edir. Bu variantların hər birini nəzərə almalıyıq. Mən Rusiyanın bölgədəki planlarını dəyişdirmək və müzakirə masasına oturtmaq üçün hücum silahlarından istifadə edilməsi fikrini dəstəkləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm