İraqa sürpriz təklif: “G7-yə gəl”
Bizi izləyin

Dünya

İraqa sürpriz təklif: “G7-yə gəl”

Almaniya iyun ayında ev sahibliyi edəcəyi G7-nin (“Böyük yeddilik”) sammitinə İraqı dəvət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Baş nazirliyindən bildirilib.

Verilən yazılı açıqlamaya görə, Almaniyanın kansleri Angela Merkel İraqın baş naziri Heydər əl-Abadiyə zəng edib. Telefon söhbətində İraqdakı siyasi vəziyyət, bölgənin təhlükəsizliyi və İŞİD-lə mübarizə mövzuları müzakirə olunub. Kansler sonda həmkarını G-7 zirvəsinə dəvət edib.

“Merkel dəvətin terrorla mübarizədə və ərazi bütövlüyünün qorunmasında G7 ölkələrinin İraqa verdiyi dəstəyin bir göstəricisi olduğunu vurğulayıb”, - açıqlamada deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm