İngiltərə kral ailəsində daha bir varis
Bizi izləyin

Dünya

İngiltərə kral ailəsində daha bir varis

İngiltərə kral ailəsinin ikinci varisi Vilyamın qızı dünyaya gəlib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Kensington Sarayı açıqlama yayıb.

Saraydan verilən açıqlamada bildirilib ki, bu gün səhər saat 06:00-da xəstəxanaya yerləşdirilən Katenin qızı, 4-cü varis saat 08:34-də dünyaya gəlib.

Hazırda həm Kate, həm də qızının vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, kral ailəsinin varisi Vilyamın bundan əvvəl 2013-cü ildə oğlu dünyaya gəlib. Rəsmi tədbirlərin birində o Katenin ona bir qız övladı verəcəyinə inandığını bildirmişdi. Ailə uşağın cinsiyyətini doğulana qədər ictimaiyyətə açıqlamayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm