“Charlie Hebdo”nun Ukrayna versiyası nəşr olunacaq
Bizi izləyin

Dünya

“Charlie Hebdo”nun Ukrayna versiyası nəşr olunacaq

Fransanın “Charlie Hebdo” satirik jurnalının Ukrayna versiyası nəşr olunacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalın mətbuat katibi Fransua Anqland “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, məqalələri ukraynalı əməkdaşları yazacaqlar, amma Parisdəki mərkəzi ofis yeni jurnala ümumi nəzarəti həyata keçirəcək.

Angland əlavə olaraq yeni jurnalın birinci nömrəsinin üz səhifəsini dərc edib. Üz səhifədə yerləşdirilən karikaturada Dnepropetrovsk vilayətinin keçmiş qubernatoru, biznesmen İqor Kolomoyski, xalq deputatı və jurnalist Mustafa Nayem və Ukrayna prezidenti Pyotr Poroşenko göstərilib. Onlar neft kəmərinin üstündə oturaraq cinsi əlaqədə olurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm