“Rus ordusu qış yuxusundan oyanır”
Bizi izləyin

Dünya

“Rus ordusu qış yuxusundan oyanır”

Rusiya Silahlı Qüvvələri son illərdə tarixinin ən əhatəli modernizasiyası və yenidən silahlanma prosesindən keçir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” (The National Interest) jurnalının Rusiya ordusu ilə bağlı yayımladığı məqalədə yer alıb.

Jurnal uzun müddətdən sonra modernizasiya mərhələsinə girən və bu sahədə böyük addımlar atılan rus ordusunu qış yuxusundan oyanan ayıya bənzədib.

Məqalədə Rusiyanın yeni nəsil Armata T-14 tankının T-72, T-80 və T-90 kimi tankların yerini alacağı qeyd olunub.

Jurnal bundan əlavə Rusiyanın “Kurganets” piyada döyüş maşınına da yer verib. Xarici görünüşü ilə “Bradley”, “Varrior” və CV-90 kimi Qərbin modellərini xatırladan bu texnikanın qoruma səviyyəsinin hələ bilinməyən modullarla təchiz edildiyi bildirilir.

“Yeni proqram rus ordusunu Avrasiyanın ən güclüsü etməyi qarşısına məqsəd qoyub”, - deyə jurnal qeyd edib.

Qeyd edək ki, Rusiya ordusunun gücü və yeni texnikalar mayın 9-da Moskvada keçiriləcək hərbi paradda nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm