Polkovnikin qatili özünü partlatdı
Bizi izləyin

Dünya

Polkovnikin qatili özünü partlatdı

Dağıstan Muxtar Respublikasının sakini sənədlərin yoxlanılması zamanı özünü partladıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, həmin şəxs Daxili İşlər Nazirliyinin istefada olan polkovnikin qətlinə görə federal axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərər çəkməyiblər. Məlumata görə, 1984-cü il təvəllüdlü kişi polkovnik Aytemir Salimqerevin qətlində, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumda ittiham olunurdu.

2014-cü ilin iyulunda dörd silahlı Salimqerevin evinə basqın edib. Polkovnikə oğlunun gözləri qarşısında işgəncə verən silahlılar daha sonra onun başını kəsiblər. 2015-ci ilin fevralında xüsusi əməliyyat zamanı onlardan ikisi - Oleq Şalyapin və Murad Əbdülətipov öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm