PKK silahı yerə qoymaqdan imtina etdi
Bizi izləyin

Dünya

PKK silahı yerə qoymaqdan imtina etdi

“Kürd məsələsi”nin həllində əhəmiyyətli mərhələ olaraq göstərilən PKK konqresi ləğv edilib. Konqresdə təşkilatın silahı yerə qoyması barədə qərar qəbul olunmalı idi.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatı konqresin ləğvini prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı ilə izah edib.

Türkiyə prezidenti kürd probleminin olmadığını və terror təşkilatı ilə eyni masaya oturmağın dövlətin çökdüyünü göstərdiyini bildirib.

Türkiyə hökuməti və Xalqların Demokratik Partiyası (HDP) arasında fevralın 28-də keçirilən görüşdən sonra birgə bəyanat verilib. HDP heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilata fövqəladə konqres keçirilməsi barədə müraciət etdiyini açıqlayıb. Qeyd edilib ki, Öcalan silahlı mübarizənin demokratik siyasətlə əvəzlənməsini istəyib.

HDP-li Sirri Süreyya Öndər “'PKK-nı silahı yerə qoymaq üçün konqres keçirməyə çağırırıq” deyib.

PKK lideri Novruz bayramında da öz tərəfdarlarına müraciət edərək onları Türkiyə əleyhinə silahlı mübarizəyə son qoymağa səsləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm