Liviya sahillərində 4000 miqrant xilas edilib
Bizi izləyin

Dünya

Liviya sahillərində 4000 miqrant xilas edilib

Son sutka ərzində Liviya sahillərində 4000-ə yaxın miqrant xilas edilib.

Publika.az-ın məlumatına görə, miqrantları xilas etmək üçün İtaliya və Fransanın hərbi-dəniz qüvvələri 17 əməliyyat keçiriblər. Miqrantların hamısı İtaliya limanlarında yerləşdirilib.

İlin əvvəlindən Aralıq dənizində Avropaya getmək istəyən azı 1750 miqrant ölüb. Miqrasiya üzrə Beynəlxalq Təşkilat bu il Aralıq dənizində 30 min miqrantın həlak ola biləcəyi xəbərdarlığını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm