İsveçrədə 50 ildə istifadə olunmayan bank hesabları aşkarlanıb
Bizi izləyin

Dünya

İsveçrədə 50 ildə istifadə olunmayan bank hesabları aşkarlanıb

İsveçrə banklarında 1955-ci ilədək açılmış, lakin həmin vaxtdan bu günədək istifadə olunmamış minlərlə hesab aşkar edilib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Onlar yeni qanun sayəsində üzə çıxarılıb. Qanuna əsasən, banklar bu il ən azı 60 il əvvəl açılan və son yarım əsrdə toxunulmaz olaraq qalan hesablar barədə məlumat dərc etməlidirlər. Hesablarda nə qədər pulun saxlanıldığı barədə məlumat verilməyib.

"Bu, banklar üçün mühüm məlumatdır, çünki onlara pullar hökumətə təhvil verilənədək istifadə olunmayan sərvətin sahiblərini axtarmaq imkanı verir", - deyə İsveçrə Banklar Assosiasiyasının nümayəndəsi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm