İnəyə tələbə bileti verildi
Bizi izləyin

Dünya

İnəyə tələbə bileti verildi

Hindistanın Kəşmir ştatının yerli Qəbul İmtahanları Komissiyası adından inəyə tələbə bileti verilib.

Publika.az-ın məlumatına görə, vəsiqə "Kachir Gaw" adına yazılıb. Bu isə yerli dildə "qonur inək" deməkdir. İnəyin ata adı isə Gur Dand - yəni "öküz" kimi göstərilib. Tələbə vəsiqəsinə inəyin fotosu da vurulub.

Tələbə biletinin surətinin sosial şəbəkədə yayılmasından sonra ölkədə narazılıq baş qaldırıb. Məsələyə münasibət bildirən İmtahan Komissiyasının rəhbəri vəsiqənin hansısa oyunbazlar tərəfindən hazırlandığını bildirib. Onun sözlərinə görə, bununla bağlı araşdırmalara başlanılıb. Vəsiqəni hazırlayan şəxslər tapılaraq məsuliyyətə cəlb olunacaqlar.

O deyib ki, vəsiqələrin verilməsi prossesi kompüterləşdirildiyindən sistem insan fotosunu inək fotosundan ayıra bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm