Corc Buşu Gürcüstanda “prezident” etdilər
Bizi izləyin

Dünya

Corc Buşu Gürcüstanda “prezident” etdilər

Naməlum şəxslər Tiflis şəhərində ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşun təsvirinin olduğu lövhəni zədələyiblər.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, İsani-Samqori rayonunda eyni adlı küçədə yerləşən lövhədə ingilis dilində qara rənglə “President George" yazılıb.

Tiflis merinin müavini Levan Narouşvili bildirib ki, lövhə bu həftə ərzində əvvəlki vəziyyətinə qaytarılacaq.

Xatırladaq ki, Corc Buş 2004-ci ildə mayın 10-da Gürcüstana səfər edib. “Qızılgül inqilabı”nı dəstəkləyən ABŞ-ın keçmiş prezidentinin Tiflisin Azadlıq meydanında çıxışı zamanı Vladimir Arutunyan adlı erməni ona tərəf əl qumbarası atıb, lakin qumbara partlamayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm