Ruslar Ukraynaya quru sərhədlərindən də girəcək
Bizi izləyin

Dünya

Ruslar Ukraynaya quru sərhədlərindən də girəcək

Rusiyanın Ukrayna sərhədlərinə qoşun və texnika yığması göstərir ki, Moskva qərb qonşusunun ərazisinə quru sərhədlərindən də hücum edəcək.

Rusiyanın Ukrayna sərhədlərinə qoşun və texnika yığması göstərir ki, Moskva qərb qonşusunun ərazisinə quru sərhədlərindən də hücum edəcək.


Bu barədə bu gün Kiyevdə keçirdiyi brifinq zamanı Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebıynis bildirib.

Onun sözlərinə görə, martın 3-də Ukrayna Dövlət Sərhəd Xidməti bildirib ki, Xarkov, Luqansk, Donetsk vilayətlərinin yaxınlığında Rusiya ərazisinə qoşun və hərbi texnikanın yığılması davam edir.

Perebıynisin sözlərinə görə, Ukraynanın Rostov-Dondakı baş konsulluğu bildirib ki, Rostov vilayətinin qubernatorunun sərəncamına görə, vilayətin Kuybışev rayonunda Ukraynadan gözlənən qaçqınlar üçün düşərgələr və qəbul məntəqələri hazırlanır.

“Bu əməllər göstərir ki, Rusiya tərəfi Ukrayna ərazisinə quru sərhədlərindən də hücum etməyə hazxırlaşır”,- deyə Perebıynis vurğulayıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm