Con Kerri fil balası ilə... - FOTO
Bizi izləyin

Dünya

Con Kerri fil balası ilə... - FOTO

ABŞ-ın dövlət katibi Con Kerri Keniyaya rəsmi səfəri zamanı fil balası ilə “şelfi” çəkib.

Publika.az xəbər verir ki, şəkil dövlət katibinin “Twitter” səhifəsində yerləşdirilib.

Con Kerri Keniyaya mayın 3-də gəlib. O, Keniya rəhbərliyi ilə danışıqlarda insan hüquqlarının müdafiəsi, təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə mövzularında müzakirələr aparıb.

71 yaşlı Con Kerri 2013-cü ildən dövlət katibi postunu tutur. O, bu postda Hillari Klintonu əvəz edib. Massaçusets ştatından senator seçilən Kerri ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri idi. “Los Angeles Times” qəzetinin yazdığına görə, Con Kerri 3,3 milyard dollarla ABŞ-ın ən zəngin senatoru olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm