İsrail əsgərlərindən qətliam etirafları
Bizi izləyin

Dünya

İsrail əsgərlərindən qətliam etirafları

Ötən il Qəzzada təşkil edilən qanlı əməliyyatlarda iştirak edən israilli əsgərlər qətliam törətdiklərini etiraf ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Səssizliyi pozmaq” (“Breaking the Silence”) adlı insan haqları təşkilatı Qəzza əməliyyatına qatılan 60 israilli əsgərlə görüşüb.

Hesabata görə, əsgərlərdən biri onlara hərəkət edən hər obyektə atəş açması barədə əmr verildiyini deyib. Əsgərlərin sözlərinə görə, onlar bombaladıqları binaların “qanuni hədəf” olub-olmadığını bilməyiblər. Hesabatda əsgərlərin Fələstin vətəndaşlarını qəsdən öldürdüyü vurğulanıb.

“Əsgərlərin ifadələri İsrail ordusunun rəsmi şərhləri ilə ziddiyyət təşkil edir”, - hesabatda deyilir.

Xatırladaq ki, İsrailin ötən ilin iyul ayında başladığı əməliyyatlar 50 gün davam edib. Əməliyyatlarda 2200-dən çox fələstinli dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm