Rusiya Ukraynanın sərhəd məntəqələrinə hücuma başlayıb - YENİLƏNİR
Bizi izləyin

Dünya

Rusiya Ukraynanın sərhəd məntəqələrinə hücuma başlayıb - YENİLƏNİR

Silahlı şəxslər Ukraynanın “Krım-Kuban” bərə limanındakı buraxılış məntəqəsini ələ keçirməyə çalışıb.

Silahlı şəxslər Ukraynanın “Krım-Kuban” bərə limanındakı buraxılış məntəqəsini ələ keçirməyə çalışıb.

Bu barədə Ukraynanın Sərhəd Xidmətinin saytına məlumat verilib. Silahlı şəxslər iki mikroavtobus və üç “KamAz”la gəliblər. Onlar sərhədçiləri silah tətbiqi ilə hədələyiblər və avtomobillər Ukrayna ərazisinə daxil olub. Silahlılar “Kerç” sərhəd xidmətinin dislokasiya yerini ələ keçiriblər.

Qeyd edək ki, Rusiyanın Qara dəniz donanmasının komandanı Aleksandr Vitko Ukrayna hərbçilərinə ultimatum verib: martın 4-ü saat 5.00-adək kraynalı hərbçilər təslim olmasalar, Ukrayna Silahlı Qüvvələrinin Krımdakı bütün hərbi hissə və birləşmələrinə hücum başlayacaq. Məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb.

Rusiyanın Qara dəniz donunmasından isə bu məlumat təkzib edilib və Ukrayna tərəfinin bəyanatları “sərsəmləmə” adlandırılıb. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm