Putinə rədd cavabı verən Ərdoğan səfirini göndərir
Bizi izləyin

Dünya

Putinə rədd cavabı verən Ərdoğan səfirini göndərir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım Qızıl Meydandakı tədbirlərdə ölkəsini təmsil edəcək.

İddialara görə, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinin dəvətini geri çevirməsi Çanaqqala Zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirlərdə Rusiyanın daha aşağı səviyyədə təmsil olunması ilə bağlıdır. Bundan başqa, Putinin 24 apreldə İrəvana getməsi, daha əvvəl isə 1915-ci il hadisələrini “soyqırım” adlandırması rəsmi Ankara tərəfindən sərt qarşılanıb.

Çanaqqala Zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirlərdə Rusiyanı Dövlət Dumasının spikeri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdi.

Türkiyə mediasının yazdığına görə, Türkiyədən Rusiyaya ixracatın ötən illə müqayisədə 40 faiz aşağı düşdüyü bir dövrdə siyasi əlaqələrdə problemlərin yaşanması ticarət əlaqələrinə mənfi təsir göstərə bilər. Rusiyanın “Kommersant” nəşri isə hesab edir ki, Moskva-Ankara xəttində yaranan soyuqluq “Türk axını” qaz kəməri layihəsinə zərər vura bilər. Nəşr qeyd edir ki, Rusiyanın “soyqırım” şərhlərinə qəzəblənən Ankaranın “Türk axını”nı gecikdirməsi istisna olunmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm