Almaniyada dəmiryolçular tətil edir - FOTO
Bizi izləyin

Dünya

Almaniyada dəmiryolçular tətil edir - FOTO

Almaniyada uzaq səfərlərə çıxan hər üç qatardan yalnız biri fəaliyyət göstərir, elektrik qatarları isə, ümumiyyətlə işləmir. Həmkarlar ittifaqının çağırışı ilə keçirilən aksiyanın iştirakçıları maaşların 5 faiz qaldırılmasını, iş həftəsinin azaldılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Publika.az AzərTAC-a istinadən xəbər verir ki, ölkədə ən uzun - yeddi gün sürən tətillərin qurbanları həmişəki kimi, yenə də sərnişinlərdir. Rəhbərliklə danışıqlarda mübahisə doğuran əsas məsələ nəinki maşinistlərlə, həmçinin digər əməkdaşlarla, əsasən də bələdçilərlə yeni əmək müqavilələrinin imzalanması tələbləri olub. Hazırda danışıqlar dayandırılıb.

İlkin hesablamalara görə, dəmiryolçuların tətilləri ölkə iqtisadiyyatına 556 milyon avro zərər vuracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm