Leninin “həqiqi sevgilisi”nin şəkli tapıldı - FOTO
Bizi izləyin

Dünya

Leninin “həqiqi sevgilisi”nin şəkli tapıldı - FOTO

London Universitetinin əməkdaşı, Rusiya tarixi üzrə mütəxəssis Robert Henderson Vladimir Leninin “həqiqi sevgilisi”nin şəklini tapıb.

Publika.az Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadən xəbər verir ki, söhbət XX əsrin əvvəllərində Londona qaçan inqilabçı Appolinariya Yakubovadan gedir.

Bütün əsr boyu itirilmiş hesab edilən təsvir britaniyalı alim tərəfindən bu ilin aprelində Rusiya Federasiyasının Dövlət Arxivində tapılıb. Robert Henderson yerli inqilabçı Vladimir Burtsevin həyatı ilə bağlı araşdırmalar aparırdı.

Leninin şəxsi həyatından bəhs edərkən ilk növbədə onun həyat yoldaşı, bütün ömrü boyu onun həm siyasi, həm də şəxsi həyatındakı tərəfdaşı Nadejda Konstantinovna Krupskaya yada düşür.

Onlar ilk dəfə 1894-cü ildə Sankt-Peterburqda tanış olublar. O zamanlar 24 yaşı olan Vladimir Ulyanov şəhərdə gizli fəaliyyət göstərən sosialist dərnəklərindən birində Nadejda Krupskaya ilə tanış olub. Maraqlıdır ki, Lenin ilk vaxtlar Krupskaya ilə deyil, onun rəfiqəsi Appolinariya Yakubova ilə tanış olub. Lakin 1895-ci ildə Lenin inqilabçı fəaliyyətinə görə həbs olunduqdan sonra onun Yakubova ilə münasibətləri soyuyub. Belə ki, Leninin evlənmək təklifini Appolinariya Yakubova rədd edib. Bundan sonra onlar bir daha görüşməyiblər. Appolinariya Yakubova 1913-cü ildə vərəm xəstəliyindən vəfat edib.

Rusiyadan Londona qaçan Yakubova siyasi fəaliyyətini burada davam etdirib. Yakubova Londonda yaşayan zaman - 1902-ci ildən 1911-ci ilə qədər Leninlə məktublaşıb. Məktublar göstərir ki, Nadejda Krupskaya keçmiş silahdaşı olan Yakubovanın vətənə qayıdışına mane olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm