İnşaat çökdü: İşçilər dağıntılar altında qaldı
Bizi izləyin

Dünya

İnşaat çökdü: İşçilər dağıntılar altında qaldı

Türkiyənin Kahramanmaraş şəhərində inşaat çöküb.

Hadisə Şazibey məhəlləsində meydana gəlib.

İnşaatda beton tökülərkən qəlib dəmirlər ağırlığa tab gətirməyərək çöküb. İşçilərin dağıntılar altında qaldığı bildirilir.

Dağıntılar altında qalan beş nəfər çıxarılaraq xəstəxanaya göndərilib. Üç işçinin isə hələ də dağıntılar altında qaldığı ehtimal edilir.

Hazırda onların xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Kahramanmaraş əhalinin sayına görə Türkiyənin 18-ci şəhəridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm