Xamneyi: "Danışıqlar dayandırılacaq"
Bizi izləyin

Dünya

Xamneyi: "Danışıqlar dayandırılacaq"

İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi bəyan edib ki, əgər İranın təhdid olunması davam edərsə, nüvə proqramı ilə bağlı danışıqlar dayandırılacaq.

Mayın 6-da İranda qeyd olunan Milli Müəllim günü münasibətilə müəllimlərlə görüşən Ali Rəhbər bildirib ki, danışıqların davam etdirilərək yekun razılığın əldə olunması Qərb dövlətlərinə İrandan daha çox lazımdır.

Xatırladaq ki, İran ilə “altılıq” (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin və Almaniya) ölkələrinin nümayəndərəri arasında rəsmi Tehranın nüvə proqramı ilə əlaqədar Lozannada keçirilən görüşlərin nəticəsində danışıqların davam etdirilməsi və cari il iyunun 30-na qədər yekun müqavilənin imzalanması haqqında razılıq əldə edilib. Bu razılıq ABŞ-ın özündə və bəzi dövlətlər tərəfindən birmənalı qarşılanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm