Obama Bərzaninin təklifini rədd edib
Bizi izləyin

Dünya

Obama Bərzaninin təklifini rədd edib

ABŞ-da rəsmi səfərdə olan Şimali İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani əsas məqsədinə çatmayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bərzani “kürd dövləti” üçün getsə də, Vaşinqtondan “federal və bütöv İraq” cavabını eşidib.

Ağ Ev ABŞ-ın bütöv və federal bir İraqla bağlı mövqeyinin dəyişmədiyini bildirib. Məsud Bərzani ilə Barak Obamanın görüşündən əvvəl mətbuat konfransı təşkil edən Ağ Evin sözçüsü Coş Ernest bütöv İraqın İraq cəmiyyətinin maraqlarına cavab verdiyini dilə gətirib.

Bərzani ilə Obamanın görüşündən sonra Ağ Evdən verilən yazılı açıqlamada da ABŞ-ın İraqın Konstitusiyasında yazıldığı kimi bütöv, federal və demokratik bir İraqın tərəfdarı olduğu bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm