Neftayırma zavodu İŞİD-in əlindən alındı
Bizi izləyin

Dünya

Neftayırma zavodu İŞİD-in əlindən alındı

İraqın ən böyük neftayırma zavodunun təhlükəsizliyi təmin edilib.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, neftayırma zavodunun yerləşdiyi Səlahəddin vilayətinin Beyci mahalında bəzi bölgələr təhlükəsizlik gücləri tərəfindən İŞİD terror təşkilatından azad olunub.

Məlumata görə, mahaldakı bir neçə kəndin azad edilməsi ilə Beyci neftayırma zavoduna gedən yol da tamamilə nəzarət altına alınıb.

İŞİD təxminən bir aydır ki, Beyci neftayırma zavodunu ələ keçirməyə çalışır. Ətrafında döyüşlər getdiyi üçün fəaliyyəti dayandırılan zavodda gündəlik 170 min barel neft emal olunurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm