İŞİD lideri Ərdoğana məktub yazıb? – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD lideri Ərdoğana məktub yazıb? – ŞOK İDDİA

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

Publika.az İsrailin “Israeli Daily” nəşrinə istinadən xəbər verir ki, İŞİD lideri məktubunda qondarma erməni soyqırımının tanınması kampaniyasına qarşı apardığı mübarizəyə görə Türkiyə prezidentinə məktub göndərib.

İddia edilir ki, İŞİD lideri məktubunda Türkiyənin xaçpərəstlərə qarşı mübarizədə cihadçılar üçün nümunə olduğunu bildirib. Bağdadinin təşəkkür məktubunu “Sağ ol!” ifadəsi ilə yekunlaşdırdığı bildirilir. Həmçinin qeyd edilir ki, Türkiyə prezidenti televiziya kanallarının birinə verdiyi müsahibə zamanı İŞİD rəhbərinin məktubunu yüksək dəyərləndirib.

Amma iddia kifayət qədər sensasiyalı olsa da, onun həqiqiliyi şübhə doğurur. Ən azından ona görə ki, İŞİD Türkiyəni müsəlman dünyasının “düşməni” elan edib. İŞİD liderləri dəfələrlə bəyan edib ki, Türkiyə xaçpərəstlərin onlarla müharibəsində iştirak edir. Digər tərəfdən, Ərdoğan belə bir mövzuda hansısa telekanala müsahibə versəydi, bu, mütləq gündəmin əsas mövzularından birinə çevrilərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm