Ərdoğandan xəbərdarlıq: Türkiyə Rusiya ilə münasibətlərini kəsə bilər
Bizi izləyin

Dünya

Ərdoğandan xəbərdarlıq: Türkiyə Rusiya ilə münasibətlərini kəsə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı tarixçilərlə görüşündə Rusiyaya xəbərdarlıq edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident diplomatik əlaqələrin yenidən gözdən keçirilə biləcəyini deyib.

“Bu mövzuda Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimizdə narahatlığımızı dilə gətirdik. Türkiyə lazım gələrsə, səfiri geri çağıra, diplomatik əlaqələri baş konsulluq, hətta məsləhətçi səviyyəsinə qədər endirə bilərik. Rusiya ilə əlaqələrimiz yaxşıdır, biz Putinlə yaxşı razılaşırıq. Amma belə bir milli mövzuda bizim güzəştə gedəcəyimizin mümkün olmadığını bütün dünya görməlidir. Biz əlaqələrimizin yaxşı olduğu bir ölkəyə də bu cür münasibət göstərə bilməliyik”, - Türkiyə prezidenti söyləyib.

Xatırladaq ki, Rusiya prezidenti Çanaqqala Zəfərinin 100-cü ildönümü ilə bağlı 24 apreldə keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyəyə dəvət olunsa da, Putin həmin gün İrəvanda “erməni soyqırımı”nın 100-cü ildönümündə iştirak edib. Putin bundan iki gün əvvəl isə Moskvada təşkil edilən "soyqırımları olmadığı bir dünya" adlı proqrama göndərdiyi mesajında “soyqırım” sözünü işlədib. Türkiyə prezidenti Moskvaya cavab addım kimi Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvanın Qızıl Meydanında keçiriləcək Qələbə Paradında iştirakdan imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm