Ərdoğan Gülü ittiham etdi
Bizi izləyin

Dünya

Ərdoğan Gülü ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı tarixçiləri qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident görüşdə tarixçilərlə Birinci Dünya müharibəsi illərində baş verən prosesləri və 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını müzakirə edib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən tarixçi Mustafa Armağan qeyd edib ki, Ərdoğan keçmiş prezident Abdullah Gülün İrəvan səfərinə münasibət bildirib.

“Prezident bildirib ki, Abdulla Gülün İrəvana futbol matçına getməsi səhv idi”, - türkiyəli tarixçi vurğulayıb.

Xatırladaq ki, Türkiyənin keçmiş prezidenti Abdulla Gül 2008-ci il sentyabrın 6-da İrəvana bir günlük səfərdə olub. Gül Ermənistan prezidenti Sərj Sərkisyanla Ermənistan-Türkiyə futbol üzrə milli komandalarının görüşünü izləyib. Bununla da iki ölkə arasında “futbol diplomatiyası” adını alan proses başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm