Mübarək həbs edildi - 3 il
Bizi izləyin

Dünya

Mübarək həbs edildi - 3 il

Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarək və iki oğlunu 3 il azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Röyters” agentliyi yayıb.

Qahirə məhkəməsi hər üç şəxsi dövlət xəzinəsindən 100 min Misir funtu (təxminən 13 min dollar) oğurlamaqda günahkar bilib. Bu pullar prezident saraylarının bərpasına xərclənib.

Qeyd edək ki, 1981-ci ildən prezident olan Hüsnü Mübarək 2011-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra o, etirazçıların kütləvi qətlində ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm