İkinci Dünya müharibəsindən qalan mərmi zərərsizləşdirilib
Bizi izləyin

Dünya

İkinci Dünya müharibəsindən qalan mərmi zərərsizləşdirilib

Mayın 9-da Yaponiyanın Osaka şəhərində İkinci Dünya müharibəsi zamanı ABŞ silahlı qüvvələri tərəfindən atıldığı güman edilən aviabomba zərərsizləşdirlib.

Uzunluğu 1,8 metr olan mərmi cari ilin martında şəhərdəki tikinti obyektlərindən birinin ərazisində aşkarlanıb.

Mayın 9-da səhər saatlarında istehkamçılar aviasiya bombasının zərərsizləşdirilməsi əməliyyatını keçiriblər. Əməliyyatla əlaqədar ətraf ərazidə yaşayan iki mindən çox sakin təxliyə olunub. Bundan əlavə, 300 metr radiusunda təhlükəsizlik zonası yaradılıb və onun yaxınlığından keçən qatarların hərəkəti də dayandırılıb.

Yaponiyada hələ də II Dünya Müharibəsində atılan mərmilər aşkar edilir. Belə ki, 2013-cü ildə Tokionun mərkəzində zenit mərmisi aşkar olunaraq zərərsizləşdirilmişdi. 2012-ci ildə isə aşkar edilmiş partlamamış aviabomda səbəbindən Senday beynəlxalq aeroportunun işi müvəqqəti dayandırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm