Putindən Merkelə xəbərdarlıq: “Nə qədər tez həll olunsa...”
Bizi izləyin

Dünya

Putindən Merkelə xəbərdarlıq: “Nə qədər tez həll olunsa...”

Rusiya prezidenti Vladimir Putin Almaniyanı Rusiya və Almaniya arasındakı mövcud problemləri mümkün qədər tez həll etməyə çağırıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Putin çağırışı Almaniyanın kansleri Angela Merkellə Moskvada keçirdiyi görüşdə edib.

"Almaniya və Rusiya arasında problemlərin mövcud olduğu məlumdur. Münasibətlərin sürətli inkişafına mənfi təsir göstərən bu problemlər nə qədər tez həll olunsa, o qədər yaxşı olacaq. Əlbəttə ki, bunlardan ən kəskini Ukraynadakı vəziyyət haqqında problemdir”, - Putin vurğulyıb.

Merkel cavabında bildirib ki, əməkdaşlığa və diplomatik həllərin tapılmasına cəhd etmək lazımdır: “Biz bu gün Moskvada Rusiya və Avropa Birliyi arasındakı, həmçinin ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün görüşdük. Əlbəttə ki, Ukraynanın ərazi bütövlüyünün bərpasına yardım mövzusunu müzakirə etdik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm