Kuba prezidenti Roma Papasına söz verdi
Bizi izləyin

Dünya

Kuba prezidenti Roma Papasına söz verdi

Kuba prezidenti Raul Kastro Vatikanda Roma papası Fransislə görüşüb.

Publika.az-ın məlumatına görə, Kastro Roma Papasına ABŞ-la Kuba arasında diplomatik əlaqələrin bərpasında göstərdiyi səylərinə görə təşəkkürünü bildirib. Bir saatlıq görüşdən sonra açqılama verən Kuba lideri Fransisi müdrik və təvazökar insan adlandırıb.

Roma papası Kastronu “Müqəddəs Martin” medalı ilə təltif edib. Kuba prezidenti Fransisin Kubaya səfəri zamanı təşkil olunacaq bütün mərasimlərdə iştirak edəcəyinə söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm