Əhməd Davudoğlu hədiyyəni görəndən sonra... - FOTO
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu hədiyyəni görəndən sonra... - FOTO

Türkiyənin Baş Naziri Əhməd Davudoğlu ənənəsini pozdu, ilk dəfə ona təqdim edilən hədiyyəni qəbul edib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə İxracatçılar Məclisinin təşkil etdiyi tədbirə qatılan Ə.Davudoğlu iş adamlarının problemlərini dinləyib.

Tədbirin sonunda Türkiyənin Ayaqqabı Sənayəçiləri Dərnəyinin başkanı Hüseyn Çətin əlində hədiyyə ilə baş nazirin yanına gəlib.

Onun hədiyyəsi Davudoğlunun ayaqqabı istehsalçısı olan babasının hazırladığı və uzun illər geyindiyi modeldə bir ayaqqabı idi. O,eyni model tamamilə yerli məhsuldan hazırlanmış ayaqqabını baş nazirə verdi.

“Prinsip olaraq hədiyyə qəbul etmirəm”-deyən baş nazir, hədiyyəni görəndən sonra fikrindən daşındı.

“Siyasət həyatımda ilk dəfədir ki, hədiyyə qəbul edirəm. Bu da mənəvi dəyəri olduğuna görədir”-sözlərini əlavə etdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm