Selfi çəkən Osmanlı şahzadəsi heykəli vandalizmə məruz qalıb
Bizi izləyin

Dünya

Selfi çəkən Osmanlı şahzadəsi heykəli vandalizmə məruz qalıb

Türkiyənin Amasya şəhərində qurulmuş selfie çəkən Osmanlı şahzadəsinin heykəli ucaldıldıqdan cəmi bir neçə saat sonra vandallığa məruz qalıb.

Publika.az-ın məlumatına görə, selfie çəkilişi üçün heykəlin əlində quraşdırılmış smartfon sındırılıb. Yerli sakinlər hesab edir ki həmin smartfonlu heykəli ucaldmaqla şəhərin tarixinə hörmətsizlik edilib.

"Məlumdur kı, qədim zamanlarada smartfon olmayıb. Bu hoqqabazlıq nəyə lazımdır?", - yerli sakinlərdən biri "Today's Zaman" qəzetinə bildirib.

Amasya şəhərinin meri Cəfər Özdəmir deyib ki, həmin heykəllə kimi isə təhqir etmək fikri olmayıb. "Sadəcə turistləri cəlb etmək üçün qurulub, smartfon isə heykələ müasirlik əlaməti əlavə edib", - mer əlavə edib.

Həmin heykələ görə, şəhərə turst axını başladığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm