Dünya
ABŞ CİA-nın İran planını açan agentini cəzalandırdı
ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) keçmiş agenti “New York Times” qəzetinin jurnalistinə məxfi informasiyanı ötürdüyü üçün 3,5 il azadlıqdan məhrum edilib.
Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyindən bildirilib.
CİA-nın keçmiş əməkdaşı Cefri Sterlinq ölkənin milli müdafiə məsələləri üzrə informasiyanı ötürməkdə ittiham olunub. “Sterlinq gizli saxlayacağına and içdiyi fövqəladə məxfi məlumatları açıqlayıb”, - “Reuters” ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsindən sitat gətirib.
Məhkəmənin məlumatına görə, Sterlinq 2003-cü ildə jurnalist Ceyms Rayzenuya 2000-ci illərin əvvəllərində CİA-nın uğursuz məxfi əməliyyatı haqqında informasiya verib. Amerika xüsusi xidmət orqanları sözügedən əməliyyatla İranın nüvə proqramının irəliləyişinə mane olmağı nəzərdə tuturdu.
Ömər Dağlı
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia