İranda təyyarə qəzaya uğradı, ölənlər var
Bizi izləyin

Dünya

İranda təyyarə qəzaya uğradı, ölənlər var

Kiçik təyyarə sınaq uçuşu zamanı Kiş adası sahillərində qəzaya uğrayıb

İrana məxsus "Falkon 20" tipli kiçik təyyarənin Fars körfəzində qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. "İRNA" rəsmi xəbər agentliyinin məlumatına görə, Dövlət Aviasiya Təşkilatına məxsus təyyarə sınaq uçuşu həyata keçirərkən Kiş adasında qəzaya uğrayıb. “İRİB» telekanalı Kiş adası sahillərində təyyarənin suda qalıqlarının kadrlarını yayıb.



«Kiş Azad Zona Təşkilatı»nın sədr müavini Məhəmməd Xayatianın bildirdiyinə görə, təyyarənin göyərtəsində olan 4 heyət üzvünün hamısının meyidləri artıq aşkar edilib.



Qəzanın hansı səbəbdən baş verdiyi isə başladılan istintaq işinin nəticəsində məlum olacaq./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm