Kerridən Rusiyaya “simvolik səfər”: Moskva yeni baxış gözləyir
Bizi izləyin

Dünya

Kerridən Rusiyaya “simvolik səfər”: Moskva yeni baxış gözləyir

ABŞ-ın dövlət katibi Con Kerri mayın 12-də Soçiyə gələcək.

Publika.az RİA informasiya agentliynə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Maria Harf bildirib.

Kerri burada Rusiya prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq. Görüşdə Ukrayna, Yəmən, İran və Suriyadakı vəziyyət müzakirə ediləcək. Agentliyin yazdığına görə, Moskvada ümid edirlər ki, Kerri görüşdə aktual mövzular üzrə ABŞ-ın yeni təkliflərini səsləndirəcək. “Biz ümid edirik ki, Kerri beynəlxalq mövzulara, ilk növbədə Ukrayna böhranı və ikitərəfli münasibətlərə dair yeni baxış gətirəcək”, - diplomatik mənbə RİA agentliyinə deyib.

Bununla belə, Kerrinin Soçiyə gəlişinin münasibətlərdə sıçrayışa səbəb olacağına şübhə azdır. Mənbə qeyd edib ki, Kerrinin səfəri simvolik xarakter daşıyacağı ehtimalı böyükdür.

Eyni zamanda Moskvadakı diplomatik mənbə “İnterfaks” agentliyinə bildirib ki, Moskva və Vaşinqton arasında münasibətlərin yaxşılaşması haqqında danışmaq hələ tezdir. “Kerrinin qarşıdakı səfəri yaxşı niyyətin göstəricisi hesab oluna bilər. Bu, dövlət katibi tərəfindən cəsarətli addımdır. Çünki onu öz ölkəsində tənqidə məruz qoyacaqlar", - agentliyin həmsöhbəti deyib.

Maria Harf da öz növbəsində bildirib ki, ikitərəfli münasibətlərin normallaşması haqqında danışmaq hələ lazım deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm