Nepal yenə dağıldı: 7.4 bal gücündə zəlzələ
Bizi izləyin

Dünya

Nepal yenə dağıldı: 7.4 bal gücündə zəlzələ

Nepal 17 günlük fasilədən sonra növbəti güclü zəlzələ ilə sarsılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin qərbində rixter cədvəli üzrə 7,4 ballıq zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) zəlzələnin yerin 19 kilometr dərinliyində meydana gəldiyini açıqlayıb. Dağıntılar və zərərçəkənlər haqqında məlumat yoxdur.

Xatırladaq ki, aprelin 25-də ölkədə baş verən 7,8 ballıq zəlzələ nəticəsində indiyə kimi 7696 nəfər həyatını itirib. Zəlzələ nəticəsində 650 min insan evini tərk etmək məcburiyyətində qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm