Dünya
Türk gəmisinə hücum əmrini Sisi verib – İDDİA
Liviya sahillərində Türkiyəyə məxsus gəmiyə hücum əmrini Misir prezidenti Əbdülfəttah Əl-Sisi verib.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, Misir lideri bununla da ölkəsindəki dövlət çevrilişinə qarşı çıxan Türkiyəyə mesaj vermək istəyib.
Qeyd edək ki, "Tuna-1" adlı yük gəmisi İspaniyadan aldığı yükü təhvil vermək üçün Tobruk limanina gedərkən, limandan təxminən 13 mil uzaqlıqda beynəlxalq sularda hücuma məruz qalıb. Hücum nəticəsində gəminin üçüncü kapitanı həyatını itirib.
Hücuma görə məsuliyyəti üzərinə götürən Liviya hökuməti gəmi heyətini dəfələrlə xəbərdar etdiklərini, amma gəminin hərəkəti davam etdirdiyini açıqlayıb. Gəminin kapitanlarından olan Ünal Bilici isə heç bir xəbərdarlıq olunmadan ağır silahlarla hücuma məruz qaldığını bildirib.
“Hücum əmrinin Liviya hökumətinin bölgədəki yeganə dostu olan Misir prezidenti Sisi tərəfindən verildiyi ortaya çıxdı. Məqsəd isə Misirdəki dövlət çevrilişinə qarşı çıxan Türkiyəyə mesaj vermək idi. Üsyançı general Xəlifə Hafterin nəzarət etdiyi Tobruk hökuməti ölkədəki bütün layihələrdən Türkiyə şirkətlərinin uzaqlaşdırılması barədə qərar qəbul edib”, - xəbərdə deyilir.
Liviyadakı vətəndaş müharibəsi Trablusdakı “Liviya Şəfəqi” koalisiyası ilə Sisinin dəstəklədiyi Tobrukdakı üsyançı koalisiya arasında gedir.
Ömər Dağlı
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu