Donbas Rusiyaya birləşir
Bizi izləyin

Dünya

Donbas Rusiyaya birləşir

Donbas hövzəsi Rusiyaya birləşmək üçün referendum keçirməyə hazırlaşır.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə anti-terror əməliyyatları qərargahının mətbuat mərkəzindən bildirilib.

Mərkəzin “Facebook” səhifəsində qeyd olunub ki, Donetsk vilayətinin Torez şəhərinə Rusiyaya birləşmək haqqında referendumun keçirilməsi üçün bülletenlər gətirilib. “Torezə bu günlərdə hərbi texnika və döyüş sursatlarıyla dolu eşelon gəlib. Bu yüklər arasında Rusiyaya birləşmə haqqında referendumun bülletenləri də var”, - xəbərdə deyilir.

Bundan başqa, iddia edirlər ki, Donetskə Rusiyadan mayın 12-də 10 peşəkar snayperdən ibarət qrup gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm