Cinsi orqanın təsviri namizədə qələbə qazandırdı
Bizi izləyin

Dünya

Cinsi orqanın təsviri namizədə qələbə qazandırdı

Ötən həftə Böyük Britaniyada keçirilən parlament seçkilərində maraqlı bir hadisə yaşanıb.

Publika.az BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, Uelsdə səslərin hesablanması zamanı üzərində kişi cinsi orqanı təsvir edilən bülleten sayılıb.

Bildirilir ki, kişi cinsiyyət orqanının təsviri Mühafizəkarlar Partiyasının namizədi Devis Qlinin adının qarşısındakı xanada çəkilib. Namizədin özü seçicinin ona səs verib-vermədiyini dəqiq bilməsə də, təşəkkür etməyi unutmayıb. Çünki, həmin təsvir namizədin lehinə olan səs kimi qeydə alınıb.

“Mən əmin deyiləm ki, rəssam səsin qeydə alınmasını istəyirdi. Amma təsvir kvadratın sərhədləri daxilində çəkilmişdi. Mən bunun üçün ona təşəkkür edirəm”, - Devis “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən seçkilərdə hazırkı baş nazir Devid Kameronun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm