Kənan Evrenin “Mən də çəkərəm” dediyi əsər rekord məbləğə satıldı - FOTO
Bizi izləyin

Dünya

Kənan Evrenin “Mən də çəkərəm” dediyi əsər rekord məbləğə satıldı - FOTO

Məşhur ispan rəssam Picassonun “Les femmes d'Alger" (Version O) əsəri “Christie's” evinin keçirdiyi "Looking Forward to the Past” hərracında 179 milyon dollara satılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pikassonun əsəri bir hərracda bu günə qədər ən yüksək məbləğə satılan əsər olub.

1955-ci ildə çəkilmiş tablonun ilkin satış qiyməti 140 milyon dollar idi.

Ötən həftənin şənbə günü dünyasını dəyişən Türkiyənin 7-ci prezidenti Kənan Evren isə Pikassonun əsəri ilə əlaqədar “Bunu mən də çəkərəm” söyləmişdi. Keçmiş prezident şəkil çəkməyə olan marağı ilə tanınırdı. Kənan Evren 1998-ci ildə ABŞ səfərində Pikassonun əsərlərinə baxarkən bildirmişdi ki, Türkiyəyə qayıdan zaman həmin əsərin eynisini yaradacaq.

Kənan Evren Fikret Otyamın “Siqaret çəkən qoca” adlı əsərini icazə almadan çəkdiyi və satdığı üçün 1 lirə məbləğində cərimələnmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm