Şimali Koreyanın müdafiə naziri edam edildi
Bizi izləyin

Dünya

Şimali Koreyanın müdafiə naziri edam edildi

Şimali Koreyanın müdafiə naziri Hyon Yen Çxol edam edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb. Mənbədən bildirilir ki, müdafiə naziri hələ aprelin sonlarında zenitdən açılan atəş nəticəsində qətlə yetirilib.

“Reuters” məlumat verir ki, müdafiə naziri ölkə lideri Kim Çen İnin iştirak etdiyi hərbi tədbirlərin birində mürgülədiyi üçün ölüm cəzasına məhkum edilib.

Pxenyanda müdafiə nazirinin belə bir davranışı dövlət başçısına qarşı edilmiş hörmətsizlik kimi qiymətləndirilib və Hyon Yen Çxol dövlətə xəyanətdə günahlandırılıb.

Hyon Yen Çxol keçən ilin iyun ayında müdafiə naziri vəzifəsinə gətirilib. Bu vaxta qədər o, ümumi qərargahın başçısı olub.

Qeyd edək ki, Kim Çen İn öz doğmalarına da rəhm etməyərək edam etdirib. Məsələn, 2013-cü ildə Şimali Koreya rəhbəri rüşvətxorluqda ittiham olunan və tüfeyli həyat tərzi keçirən dayısını, 2014-cü ildə isə xalasını edam etdirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm