Nüvə müharibəsi başlana bilər – Generaldan XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Nüvə müharibəsi başlana bilər – Generaldan XƏBƏRDARLIQ

Yaxın vaxtlara qədər ABŞ nüvə güclərinin komandanı olan general Ceyms Kartraytın verdiyi bəyanat kifayət qədər reaksiya doğurdu. Onun sözlərinə görə, Rusiya və ABŞ xüsusi xidmət orqanlarının pis işi və ya əks tərəfin hərəkətlərinin “təsadüfən” səhv qiymətləndirilməsi nəticəsində nüvə müharibəsinə başlaya bilərlər.

Publika.az xəbər verir ki, Polşanın “fronda.pl” xəbər portalına açıqlamasında general Valdemar Skşipçak və “Dziennik Zbrojny” portalının baş redaktoru Mariuşa Çelma amerikalı generalın bəyanatını şərh edib.

Valdemar Skşipçak nüvə müharibəsi perspektivini görmədiyini deyib. Onun sözlərinə görə, nüvə müharibəsi Karib böhranı vaxtı baş verə bilərdi. General qeyd edir ki, indiki təhlükə Karib böhranı ilə müqayisə oluna bilməz: “Bütovlükdə müharibə yalnız siyasətçilər və bəzi ekspertlərin dodaqlarındadır. Hesab edirəm ki, bu, insanların oyunudur və cəmiyyəti qorxutmaq istəyirlər. Polyaklar qorxmurlar. Fikrimcə, onları nüvə silahı və “İskəndər” raketləri ilə qorxutmaq mənasızdır. Biz nüvə müharibəsi təhlükəsini Karib böhranından – 1962-ci ildən bu yana praktik olaraq yaşayırıq. Mən hazırda belə bir təhlükə görmürəm. Heç kim hər hansı müharibəyə başlamaq barədə qərar verməyəcək. Eyni zamanda bilmirik ki, Yaxın Şərq və Afrikada vəziyyət necə inkişaf edəcək. Hesab edirəm ki, bizim problemimiz Rusiyanın müdaxiləsi deyil, Afrikadan Avropaya gələn müdaxilədir”.

Eyni zamanda polyak general qeyd edir ki, elektron sistemlərdən istifadə vaxtı kompüterin səhvlərini istisna etmək olmaz: “Əgər təhlükəsizlik sistemləri pis işləyərsə, hər şey baş verə bilər. Əgər insanlar bütün nəzarəti elektronikaya -avtomatlara, robotlara və kompüterlərə etibar edərlərsə, o halda təsadüfi nüvə müharibəsinin başlanmasını istisna etmək olmaz. Mən kiminsə nüvə böhranını təşkil etmək barədə qərar qəbul edəcəyinə şübhə edirəm. Söhbət burada bir neçə dövlətin məhv edilməsindən getmir. Nüvə müharibəsi bütün yer kürəsinin məhvinə gətirib çıxaracaq”.

Karib böhranını xatırladan Mariuş Çelma hesab edir ki, hazırda nüvə müharibəsinin başlanması təhlükəsi yoxdur. “Hesab edirəm ki, əks tərəfdə ağıllı insanlar var. Hətta postsovet məkanına ciddi təsir edəcək mübarizənin gedişatında belə nüvə silahına əl atacaqları inandırıcı deyil. Bu cür qorxuducu bəyanatların yaranmasının bir neçə səbəbi ola bilər. Hərbçilər üçün bu həmişə yeni silahlanma proqramlarını həyata keçirmək imkanıdır. Xatırladaq ki, son onilliklərdə hərbi xərclər azalırdı. Xüsusilə, Əfqanıstan və İraqda aparılan müharibələrə baxmayaraq, Qərbdə hərbi xərclərin azaldılmasına tendensiyası davam edirdi. Nəzəri baxımdan ola bilər ki, qarşıdurmaya ikinci tərəf cəhd edəcək, amma bunu ağlasığmaz hesab edirəm. Rusiya Sovet İttifaqında olduğu kimi ideoloji bazaya malik deyil. Sovet İttifaqında inqilabi dəyişikliklərə hesablanan ideologiya var idi”, - portalın baş redaktoru deyib.

Onun sözlərinə görə, nüvə silahı qorxutmaq üçün zəmanətdir, ancaq real ssenarilərdə bu silahı diqqətə almırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm